408 Arxiv
Xəbərlər

Geri

Zaqatalada sahibkarlarla görüş keçirilib 17.10.2025 / Görüşlər

Azərbaycan Biznesinin İnkişafı Fondunun (ABİF) və Zaqatala Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Sahibkarlığın inkişafına dəstək” mövzusunda görüş keçirilib.

Görüşdə ABİF-in, İcra Hakimiyyətinin, müvəkkil kredit təşkilatlarının nümayəndələri və sahibkarlar iştirak ediblər. Tədbir çərçivəsində sahibkarlara Fondun güzəştli kredit və zəmanət-subsidiya mexanizmləri barədə məlumat verilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb.