Fondun fəaliyyəti Azərbaycanın qeyri-neft sektorunun inkişafını təşviq etməyə, idxalı əvəzləyən və ixracyönümlü layihələri dəstəkləməyə, həmçinin yerli bizneslərin rəqabət qabiliyyətini gücləndirməyə yönəlib. Eyni zamanda, maliyyəyə çıxış imkanlarının genişləndirilməsində, özəl sektor investisiyalarının təşviqində və ölkəyə birbaşa xarici investisiyaların cəlb edilməsində mühüm rol oynayır.
Məqsədimiz iqtisadiyyatın şaxələndirilməsinə və ölkəyə investisiyaların cəlb edilməsinə töhfə verməkdir.
Missiyamız Azərbaycanda investisiyaları təşviq etmək, maliyyəyə çıxışı asanlaşdırmaq, dayanıqlı iqtisadi artımı və sahibkarlığın inkişafını dəstəkləməkdir.
Vizyonumuz Azərbaycanın rəqabətqabiliyyətli və cəlbedici investisiya məkanı kimi mövqeyini gücləndirmək, iqtisadiyyatın şaxələndirilməsinə və dayanıqlı inkişafa təkan verməkdir.
Fondun hüquqi statusunu və fəaliyyət istiqamətlərini müəyyən edən təsis sənədi.
İnvestisiya fəaliyyətinin hüquqi və iqtisadi əsaslarını tənzimləyən qanun.
İnvestisiya mühitinin yaxşılaşdırılması üzrə əlavə dövlət tədbirlərini müəyyən edir.
İnvestisiya fondlarının fəaliyyətinin tətbiq mexanizmini tənzimləyir.
Bərpa olunan enerji və investisiya təşviqi sahəsində normativ bazanı genişləndirir.