Biznes Plan aşağıdakıları əhatə etməlidir:
Layihə təşəbbüskarı haqqında qısa məlumat
Layihənin təsviri, məqsəd və hədəfləri
Planlaşdırılan fəaliyyətlər
İstehsalat avadanlıqları haqqında məlumat
İstehsal olunacaq məhsullar haqqında məlumat
Digər müvafiq məlumatlar
Maliyyə Modeli aşağıdakıları əhatə etməlidir:
Mənfəət və Zərər hesabatı (P&L)
Balans hesabatı
Pul vəsaitlərinin hərəkəti hesabatı
Niyyət məktubları, təklif məktubları və ya bazar araşdırmaları ilə əsaslandırılmış fərziyyələrin siyahısı
Layihənin planlaşdırılan maliyyələşmə strukturu
Bazar araşdırması aşağıdakıları əhatə etməlidir:
Müvafiq istehsal sahəsinə dair bazar haqqında ümumi məlumat
Daxili bazarda satış və/və ya ixrac imkanları
Qiymət və rəqabətlilik
Potensial müştərilər
Dünya bazarında vəziyyət (tələbat, istehsal və satış bazarları)
Güzəşt müddəti hər bir sahibkarlıq subyekti üçün fəaliyyətin xarakterindən asılı olaraq nağd pulun hərəkəti barədə məlumat əsasında müəyyən edilir və kreditin istifadə müddətinin ilk 1/2 dövrünü əhatə edə bilər.
Təbii fəlakətlər, epidemiyalar, fors-major hadisələr və digər qarşısıalınmaz şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi hallarında Müşahidə Şurasının müəyyən etdiyi qaydada borc öhdəliyinin restrukturizasiyası (möhlət verilməsi) həyata keçirilə bilər.
Müvəkkil kredit təşkilatı müraciəti qeydiyyata alır və sahibkara təsdiq sənədi verir. Kredit təşkilatı 10 (on) bank günündən gec olmayaraq layihəni təhlil edərək maliyyələşdirmə barədə qərarını sahibkara bildirir.
ABİF Azərbaycanın qeyri-neft sektoruna kapital investisiyaları yatırmaqla rəqabətqabiliyyətli, xüsusilə ixracyönümlü və ya idxal əvəzləyici layihələrdə iştirak edir.
Prioritet sahələr:
Bərpa olunan enerji
Regional logistika
Qida istehsalı və emalı Əczaçılıq
Yüngül sənaye
Dağ-mədən sənayesi
Kimya sənayesi
Avtomobil sənayesi
Qablaşdırma
Tikinti materialları
ABİF layihələrdə minoritar səhmdar kimi iştirak edir. Minimum investisiya məbləği 500.000 AZN, maksimum isə idarə olunan aktivlərin 20%-i həddindədir. ABİF layihənin nizamnamə kapitalının 30%-dək hissəsinə investisiya edə bilər.
ABİF-in layihədə iştirak müddəti layihənin maliyyə göstəricilərindən asılı olaraq 5–10 il təşkil edir.
Layihənin ətraflı təhlili üçün aşağıdakılar tələb olunur:
Biznes plan
Maliyyə modeli
Bazar araşdırması
ABİF Azərbaycan iqtisadiyyatının inkişafını təşviq etdiyindən, əsasən Azərbaycan Respublikasının ərazisində həyata keçirilən layihələrə investisiya yatırır. Eyni zamanda, ərazidən kənar, lakin Azərbaycan iqtisadiyyatına birbaşa töhfə verən layihələr də nəzərdən keçirilə bilər.
Fond 10 (on) iş günü müddətində güzəştli kredit vəsaiti hesabına maliyyələşdirilmək üçün təqdim olunmuş layihələri ekspertizadan keçirir. Ekspertizanın nəticəsindən asılı olaraq, Fond müraciətin təmin olunmasına və ya imtina edilməsinə dair qərar qəbul edir və müvəkkil kredit təşkilatına rəsmi məlumat verir.
Sənədləşmə yekunlaşdırıldıqdan sonra müvəkkil kredit təşkilatı Fonda sifariş göndərir. Fond 3 (üç) iş günü ərzində vəsaiti müvəkkil kredit təşkilatına ayırır. Kredit təşkilatı vəsaiti aldıqdan sonra 5 (beş) iş günü ərzində sahibkarlıq subyektinin hesabına köçürür.
Kiçikhəcmli kreditlər: 5.000 – 50.000 AZN
Ortahəcmli kreditlər: 50.001 – 1.000.000 AZN
Böyükhəcmli kreditlər: 1.000.001 – 10.000.000 AZN
Kiçikhəcmli kreditlər: 3 (üç) ilədək
Ortahəcmli kreditlər: 5 (beş) ilədək
Böyükhəcmli kreditlər: 10 (on) ilədək
Kredit məbləği: 5.000 – 3.000.000 AZN
Müddəti: 5 ildən çox olmamaq şərtilə
İllik faiz dərəcəsi: Fondun payı 2%, kredit təşkilatının payı 7%, ümumilikdə 9%-dən çox olmamalı
Güzəşt müddəti: avadanlığın quraşdırılması nəzərə alınmaqla 12 ayadək
Yalnız yeni avadanlıqların alınması üçün verilir
İlkin ödəniş: avadanlığın satış dəyərinin minimum 20%-i (yerli istehsal üçün 10%)
Fondun tətbiq etdiyi illik faiz dərəcəsi 1 faiz, müvəkkil kredit təşkilatının tətbiq etdiyi isə 4 faizdən artıq olmamaq şərti ilə, ümumilikdə güzəştli kreditin illik faiz dərəcəsi 5 faizədək müəyyən edilir.
Sahibkarlıq subyektləri faiz borclarını hər ay müqavilə şərtlərinə uyğun ödəyirlər. Əsas borc isə güzəşt müddəti bitdikdən sonra qalan müddət ərzində bərabər hissələrlə ödənilir.
Müvəkkil kredit təşkilatları kreditləri öz adlarına və öz riskləri hesabına yerləşdirdiklərindən, risklilik dərəcəsini azaltmaq məqsədilə sahibkarlıq subyektindən girov tələb edə bilərlər. Girovun müəyyənləşdirilməsi müvəkkil kredit təşkilatı tərəfindən aparılır.
Fondun Müşahidə Şurası tərəfindən təsdiq edilmiş "Güzəştli kreditlərin verilməsi Qaydası"nda və prioritet istiqamətlərdə nəzərdə tutulan sahələr üzrə güzəştli kredit əldə etmək mümkündür.
Sahibkarlıq subyektləri güzəştli kredit almaq üçün birbaşa Fonda deyil, müvəkkil kredit təşkilatlarının baş ofislərinə və ya filiallarına müraciət etməlidirlər.
Bəli. Aşağıdakı çərçivələrdə həyata keçirilən layihələrə vergi, gömrük və digər güzəştlər tətbiq edilir:
Sənaye parkları (İZİA) — economiczones.gov.az
Ələt Azad İqtisadi Zonası (ƏAİZ / AFEZ)
İnvestisiya Təşviqi Sənədi almış layihələr
Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr