Prioritetimiz Azərbaycanda yüksək təsirli sənaye sahələrini və layihələri maliyyələşdirərək iqtisadi və investor dəyərini artırmaqdır.
Logistika sahəsinə investisiyalar nəqliyyat və təchizat zəncirinin səmərəliliyinin artırılmasına, müasir anbar və paylama infrastrukturunun inkişafına xidmət edir.
Əczaçılıq sahəsinə yönələn investisiyalar dərman vasitələrinin yerli istehsalının genişləndirilməsinə, təchizat imkanlarının gücləndirilməsinə və əhalinin keyfiyyətli dərman vasitələrinə çıxışının artırılmasına dəstək verir.
Sənaye investisiyaları istehsal gücünün artırılmasına, texnoloji yenilənməyə və yüksək əlavə dəyər yaradan rəqabətqabiliyyətli məhsulların istehsalına yönəlib.
Energetika layihələri dayanıqlı enerji təminatının gücləndirilməsinə, bərpa olunan mənbələrin inkişafına və ölkənin gələcək enerji ehtiyaclarının etibarlı şəkildə qarşılanmasına xidmət edir.
İstehsal sahəsi xammalın hazır məhsula çevrildiyi, yeni dəyərin yarandığı və yerli iqtisadiyyatın real imkanlarının genişləndiyi əsas investisiya istiqamətlərindən biridir.
Enerji və ekoloji tullantı emalı istifadəsiz resursları yenidən dövriyyəyə qaytararaq həm ətraf mühitə düşən yükü azaldır, həm də alternativ enerji və xammal mənbələri yaradır.
Nəqliyyat sahəsi ölkədaxili və beynəlxalq əlaqələri gücləndirən, hərəkətliliyi artıran və ticarət axınlarının daha çevik təşkilinə imkan verən layihələri əhatə edir.
Aqrar-qida istiqaməti yerli kənd təsərrüfatı məhsullarının emalını, müasir qida istehsalını və bazara daha yüksək dəyərə malik məhsulların çıxarılmasını təşviq edir.
Layihənin məqsədi, fəaliyyət modeli və icra mərhələlərini əhatə edən ətraflı biznes plan.
Hədəf bazar, rəqabət mühiti və tələbat üzrə analitik araşdırmanın nəticələri.
Gəlir-xərc proqnozları, pul axını və gəlirlilik göstəriciləri üzrə maliyyə modeli.
Diamed Development Group ilə ABDF-in tərəfdaşlığı çərçivəsində beynəlxalq standartlara uyğun yüksək keyfiyyətli birdəfəlik şprislər istehsal edən müəssisədir. Məhsullar həm yerli, həm də beynəlxalq səhiyyə bazarlarına yönəlmişdir.
Regiondakı tibb müəssisələrinin tələbatını ödəmək üçün əsas venadaxili infuziya məhlulları - o cümlədən, Natrium Xlorid (0,9%), Ringer Laktat və Qlükoza (5%) istehsal edir.
Yevlax Aqroparkında yerləşən bu müəssisə qabaqcıl texnologiyalardan istifadə edərək yüksək keyfiyyətli yerli damazlıq yumurtalar istehsal edir. Layihə idxaldan asılılığı azaltmaqla yanaşı, ölkənin ərzaq təhlükəsizliyini gücləndirir.
Qeyri-neft sektorunun inkişafının dəstəklənməsi
Özəl sektorun gücləndirilməsi və iqtisadiyyatın şaxələndirilməsinə töhfə verilməsi
Xarici birbaşa investisiyaların (XBİ) cəlb edilməsinə yönəlmiş məqsədli investisiya siyasətinin həyata keçirilməsi
Biznes mühitinin formalaşmasına və təkmilləşdirilməsinə töhfə verilməsi
Strateji investisiya layihələrinin maliyyələşdirilməsinin dəstəklənməsi
Özəl sektorun iqtisadi inkişaf proseslərində fəal iştirakının təmin edilməsi
Yerli sənaye potensialının inkişafı yolu ilə ixrac yönümlü və idxalı əvəz edən investisiya layihələrinin inkişafının təşviq edilməsi
Məşğulluq imkanlarının artırılmasına töhfə verilməsi
Biznes planınıza layihəniz barədə əhatəli məlumatları, o cümlədən məqsədləri, bazar təhlilini və maliyyə proqnozlarını daxil etdiyinizə əmin olun.