Kredit və Zəmanət

Şərtlər

Güzəştli kredit şərtləri

Kiçik həcmli

Sahibkarlıq subyektləri üçün əlverişli faizlə qısamüddətli güzəştli kredit imkanı.

Kredit məbləği 5 000 – 50 000 ₼
Kreditin müddəti 3 ilədək (36 ay)
Güzəşt müddəti 1 il 6 ayadək (18 ay)
İllik faiz dərəcəsi 5%-dək
PRİORİTET İSTİQAMƏTLƏR

Prioritet fəaliyyət istiqamətləri

Qeyri-neft sənayesi

Qeyri-neft sənayesi

Qeyri-neft sənayesində yerli istehsalın genişləndirilməsi, yeni müəssisələrin yaradılması və rəqabətqabiliyyətli məhsulların istehsalı üçün güzəştli kredit dəstəyi.

Yaşıl, rəqəmsal inkişaf və innovasiya yönümlü layihələr

Yaşıl, rəqəmsal inkişaf və innovasiya yönümlü layihələr

Ekologiya, rəqəmsal inkişaf və innovasiyalara yönəlmiş layihələrin dəstəklənməsi üçün güzəştli kredit imkanları.

Kənd təsərrüfatı

Kənd təsərrüfatı

Kənd təsərrüfatı sahəsində istehsalın artırılması, müasir texnologiyaların tətbiqi və fermer təsərrüfatlarının inkişafı üçün güzəştli kredit dəstəyi.

Anbar komplekslərinin yaradılması

Anbar komplekslərinin yaradılması

Saxlama və logistika infrastrukturunun inkişafı, müasir anbar komplekslərinin yaradılması və təchizat zəncirinin gücləndirilməsi üçün güzəştli kredit dəstəyi.

Logistik xidmət

Logistik xidmət

Logistik xidmətlərin inkişafı, daşınma proseslərinin optimallaşdırılması və təchizat zəncirinin səmərəliliyinin artırılması üçün güzəştli kredit dəstəyi.

Balıqçılıq və akvakultura həmçinin akvaponika təsərrüfatları

Balıqçılıq və akvakultura həmçinin akvaponika təsərrüfatları

Balıqçılıq, akvakultura və akvaponika təsərrüfatlarının inkişafı, dayanıqlı istehsalın artırılması və müasir yetişdirmə texnologiyalarının tətbiqi üçün güzəştli kredit dəstəyi.

Turizm (Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu istisna)

Turizm (Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu istisna)

Turizm sahəsində xidmət keyfiyyətinin artırılması, yeni turizm obyektlərinin yaradılması və regionlarda turizm potensialının inkişafı üçün güzəştli kredit dəstəyi.

Kütləvi informasiya vasitələrinin inkişafı

Kütləvi informasiya vasitələrinin inkişafı

Kütləvi informasiya vasitələrinin inkişafı və media sahəsində müasir layihələrin dəstəklənməsi üçün güzəştli kredit imkanları.

Təhsil

Təhsil

Təhsil sahəsinin inkişafı və müasir tədris layihələrinin dəstəklənməsi üçün güzəştli kredit imkanları.

Mədəniyyət və yaradıcı sənayenin inkişafı yönümlü layihələrin dəstəklənməsi.

Mədəniyyət və yaradıcı sənayenin inkişafı yönümlü layihələrin dəstəklənməsi.

Mədəniyyət və yaradıcı sənayelərin inkişafına yönəlmiş layihələrin dəstəklənməsi üçün güzəştli kredit imkanları.

Səhiyyə

Səhiyyə

Tibb sahəsinin inkişafı və müasir səhiyyə layihələrinin dəstəklənməsi üçün güzəştli kredit imkanları.

Xidmət

Xidmət

Xidmət sahəsinin inkişafı və müasir xidmət layihələrinin dəstəklənməsi üçün güzəştli kredit imkanları.

TƏLƏBLƏR

Tələb olunan sənədlər

  • Razılıq sənədi (Güzəştli kredit)

    Sahibkarlıq subyektinə aid məlumatların Fonda ötürülməsinə dair sahibkarın razılığını təsdiq edən sənədin əsli

  • İnvestisiya layihəsi və ya biznes plan

    200 min manatadək kreditlər üzrə investisiya layihəsi, daha böyük kreditlər üzrə biznes plan

  • Kredit hesabatı

    Sahibkarın mövcud kredit öhdəlikləri və kredit tarixçəsi barədə məlumat

  • VÖEN / Reyestr çıxarışı

    VÖEN-in surəti və ya kommersiya hüquqi şəxsin dövlət reyetrindən çıxarışı

  • Şəxsiyyət vəsiqəsinin surəti

    Sahibkarın şəxsiyyət vəsiqəsinin hər iki tərəfli surəti

  • Əmlak sənədləri

    Sahibkarın fəaliyyət göstərəcəyi 
yerə və ya əmlaka dair sənədlərin surətləri

MÜRACİƏT QAYDASI

Müraciət qaydası

01.

Sahibkarın müraciəti

Sahibkar müvəkkil kredit təşkilatına müraciət edir.

02.

Kredit təşkilatının qərarı

Kredit təşkilatı müraciəti nəzərdən keçirərək qərarını 10 iş günü ərzində sahibkara bildirir.

03.

Fonda müraciət

Kredit təşkilatı müsbət rəy verdiyi halda, maliyyələşmə üçün Fonda müraciət edir.

04.

Fondun qərarı

Fond müraciəti araşdıraraq qərarını 10 iş günü ərzində kredit təşkilatına bildirir.

05.

Mənfi qərar halında məlumatlandırma

Fond mənfi qərar verdiyi təqdirdə, kredit təşkilatı sahibkarı məlumatlandırır.

06.

Sənədləşmə və sifariş

Müsbət qərar halında kredit təşkilatı sənədləşməni yekunlaşdırıb Fonda sifariş göndərir.

07.

Vəsaitin köçürülməsi və verilməsi

Sifariş əsasında 3 iş günü ərzində kredit təşkilatının hesabına köçürülən vəsait kredit təşkilatı tərəfindən 5 iş günü ərzində sahibkara verilməlidir (avadanlıq krediti - kredit vəsaiti sahibkarlıq subyektinin ilkin ödəniş məbləği ilə birlikdə satıcının bank hesabına köçürülməlidir).

TƏRƏFDAŞLAR

Tərəfdaş banklar

KALKULYATOR

Güzəştli kredit

QEYD

Kalkulyatorda hesablama zamanı bankın tətbiq etdiyi komissiyalar nəzərə alınmır. Buna görə də göstərilən nəticələr bank ödəniş cədvəlindən fərqlənə bilər. Bu kalkulyator ilkin biznes planlaşdırması üçün nəzərdə tutulub.

Kreditin verilmə tarixi

Kreditin verilmə tarixini seçin
FAYDALI SƏNƏDLƏR

Faydalı sənədlər

Chat background image
Chat banner image
Safaroff Lab Bear icon məhsuludur
Salam! 👋
Sizə necə kömək edə bilərəm?