Rəhbərlik

İdarə Heyəti

Ülvi Mansurov
İdarə Heyətinin sədri Ülvi Mansurov

Ülvi Mansurov 13 dekabr 1983-cü ildə Bakı şəhərində anadan olub. 2000–2006-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Mühasibat uçotu və audit fakültəsində təhsil alıb. 2013-cü ildə iqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. 2012–2015-ci illərdə Böyük Britaniyanın "Warwick" universitetində təhsil alaraq MBA dərəcəsi əldə edib. 2024-cü ildə makroiqtisadiyyat sahəsində Biznes inzibatçılığı üzrə fəlsəfə doktoru dərəcəsinə layiq görülüb. Əmək fəaliyyətinə 2001-ci ildə Azərbaycan Beynəlxalq Bankında başlayıb. 2012-ci ilədək bankın Mərkəzi xəzinədarlıq, Maliyyə menecmenti, Daxili audit, Mühasibatlıq və büdcə proqnozlaşdırılması departamentlərində müxtəlif vəzifələrdə çalışıb. 2012-ci ildə “Texnika Bank”ın İdarə Heyətinin sədri vəzifəsinə seçilib və 2015-ci ilədək bu vəzifədə fəaliyyət göstərib. 2015-ci ildə Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti sədrinin müavini vəzifəsinə seçilib. 31 mart 2017-ci ildə “Azərpoçt”un baş direktoru vəzifəsinə təyin olunub. 2018–2020-ci illərdə Vergilər Nazirliyinin Yeni yaradılmış iqtisadiyyat sahələrinin analitik təhlili və ekspertizası departamentində baş direktor vəzifəsində çalışıb. 2020-ci ildə “Azərbaycan İnvestisiya Şirkəti” ASC-də icraçı direktor vəzifəsinə təyin edilib. 2026-ci ildən etibarən isə "Azərbaycan Biznesinin İnkişafı Fondu" ASC-nin İdarə Heyətinin sədri kimi fəaliyyətini davam etdirir.

Yasin Cəlilov
İdarə Heyətinin üzvü və İdarə Heyəti sədrinin müavini Yasin Cəlilov

Yasin Cəlilov 29 iyun 1977-ci ildə Bakı şəhərində anadan olub. 1993–1998-ci illərdə “Xəzər” Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsində bakalavr, 1994–1999-cu illərdə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun Politologiya fakültəsində bakalavr və Azərbaycan Dövlət Neft Akademiyasının Biznesin İdarə Edilməsi, İqtisadiyyat və Menecment fakültəsində magistr dərəcələri üzrə təhsil alıb. 2015–2018-ci illərdə Böyük Britaniyanın Uorvik Universitetində təhsil alaraq MBA dərəcəsi əldə edib. Y. Cəlilov əmək fəaliyyətinə Azərbaycan Beynəlxalq Bankında başlayıb. 1996–2011-ci illərdə bankda müxtəlif vəzifələrdə çalışıb, 2011–2018-ci illərdə isə Korporativ Biznes Departamentinin direktoru vəzifəsində fəaliyyət göstərib. 2018-ci ildən VTB (Azərbaycan) ASC-nin İdarə Heyətinin üzvü kimi çalışıb. 14 fevral 2022-ci ildən “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin Müşahidə Şurasının qərarı ilə şirkətin icraçı direktorunun müavini vəzifəsində çalışıb. 2025-ci ildən Azərbaycan Biznesinin İnkişafı Fondunun publik hüquqi şəxsində baş direktor vəzifəsində fəaliyyət göstərib. 2026-cı ildən Azərbaycan Biznesinin İnkişafı Fondu ASC-nin İdarə Heyəti sədrinin müavini və İdarə Heyətinin üzvü vəzifəsində fəaliyyətini davam etdirir.

Murad  Abdullayev
İdarə Heyəti sədrinin müavini Murad Abdullayev

Murad Abdullayev 14 may 1987-ci ildə Bakı şəhərində anadan olub. 2004–2008-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasının Beynəlxalq İqtisadi Münasibətlər fakültəsində bakalavr, 2008–2010-cu illərdə isə həmin fakültədə magistratura təhsili alıb. 2014-cü ildə “2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində (LSE) magistr təhsili alıb. M. Abdullayev əmək fəaliyyətinə 2009-cu ildə İqtisadiyyat Nazirliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsində aparıcı məsləhətçi vəzifəsində başlayıb. Bu vəzifədə beynəlxalq maliyyə institutları tərəfindən Azərbaycanda maliyyələşdirilən bir sıra infrastruktur layihələrinin həyata keçirilməsində yaxından iştirak edib. 2012–2016-cı illərdə “Azərbaycan İnvestisiya Şirkəti” ASC-də Monitorinq və Sənaye Məhəllələri şöbələrində mütəxəssis və şöbə müdiri vəzifələrində çalışıb. 2016–2018-ci illərdə İqtisadiyyat Nazirliyinin Sənaye şöbəsinin müdiri, həmçinin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun vitse-prezidenti vəzifələrində fəaliyyət göstərib. 5 yanvar 2018-ci ildən “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin Müşahidə Şurasının qərarı ilə şirkətin icraçı direktorunun müavini vəzifəsinə təyin edilib. 2025-ci ildə Azərbaycan Biznesinin İnkişafı Fondunun PHŞ-də baş direktor vəzifəsində fəaliyyət göstərib. 2026-cı ildən isə "Azərbaycan Biznesinin İnkişafı Fondu" ASC-nin İdarə Heyəti sədrinin müavini kimi fəaliyyətini davam etdirir.

Chat background image
Chat banner image
Safaroff Lab Bear icon məhsuludur
Salam! 👋
Sizə necə kömək edə bilərəm?