Yasin Cəlilov
Yasin Cəlilov 29 iyun 1977-ci ildə Bakı şəhərində anadan olub.
1993–1998-ci illərdə “Xəzər” Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsində bakalavr, 1994–1999-cu illərdə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun Politologiya fakültəsində bakalavr və Azərbaycan Dövlət Neft Akademiyasının Biznesin İdarə Edilməsi, İqtisadiyyat və Menecment fakültəsində magistr dərəcələri üzrə təhsil alıb.
2015–2018-ci illərdə Böyük Britaniyanın Uorvik Universitetində təhsil alaraq MBA dərəcəsi əldə edib.
Y. Cəlilov əmək fəaliyyətinə Azərbaycan Beynəlxalq Bankında başlayıb.
1996–2011-ci illərdə bankda müxtəlif vəzifələrdə çalışıb, 2011–2018-ci illərdə isə Korporativ Biznes Departamentinin direktoru vəzifəsində fəaliyyət göstərib.
2018-ci ildən VTB (Azərbaycan) ASC-nin İdarə Heyətinin üzvü kimi çalışıb.
14 fevral 2022-ci ildən “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin Müşahidə Şurasının qərarı ilə şirkətin icraçı direktorunun müavini vəzifəsində çalışıb.
2025-ci ildən Azərbaycan Biznesinin İnkişafı Fondunun publik hüquqi şəxsində baş direktor vəzifəsində fəaliyyət göstərib.
2026-cı ildən Azərbaycan Biznesinin İnkişafı Fondu ASC-nin İdarə Heyəti sədrinin müavini və İdarə Heyətinin üzvü vəzifəsində fəaliyyətini davam etdirir.