Ülvi Mansurov
Ülvi Mansurov 13 dekabr 1983-cü ildə Bakı şəhərində anadan olub.
2000–2006-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Mühasibat uçotu və audit fakültəsində təhsil alıb.
2013-cü ildə iqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
2012–2015-ci illərdə Böyük Britaniyanın "Warwick" universitetində təhsil alaraq MBA dərəcəsi əldə edib.
2024-cü ildə makroiqtisadiyyat sahəsində Biznes inzibatçılığı üzrə fəlsəfə doktoru dərəcəsinə layiq görülüb.
Əmək fəaliyyətinə 2001-ci ildə Azərbaycan Beynəlxalq Bankında başlayıb.
2012-ci ilədək bankın Mərkəzi xəzinədarlıq, Maliyyə menecmenti, Daxili audit, Mühasibatlıq və büdcə proqnozlaşdırılması departamentlərində müxtəlif vəzifələrdə çalışıb.
2012-ci ildə “Texnika Bank”ın İdarə Heyətinin sədri vəzifəsinə seçilib və 2015-ci ilədək bu vəzifədə fəaliyyət göstərib.
2015-ci ildə Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti sədrinin müavini vəzifəsinə seçilib.
31 mart 2017-ci ildə “Azərpoçt”un baş direktoru vəzifəsinə təyin olunub.
2018–2020-ci illərdə Vergilər Nazirliyinin Yeni yaradılmış iqtisadiyyat sahələrinin analitik təhlili və ekspertizası departamentində baş direktor vəzifəsində çalışıb.
2020-ci ildə “Azərbaycan İnvestisiya Şirkəti” ASC-də icraçı direktor vəzifəsinə təyin edilib.
2026-ci ildən etibarən isə "Azərbaycan Biznesinin İnkişafı Fondu" ASC-nin İdarə Heyətinin sədri kimi fəaliyyətini davam etdirir.