Murad Abdullayev
Murad Abdullayev 14 may 1987-ci ildə Bakı şəhərində anadan olub.
2004–2008-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasının Beynəlxalq İqtisadi Münasibətlər fakültəsində bakalavr, 2008–2010-cu illərdə isə həmin fakültədə magistratura təhsili alıb.
2014-cü ildə “2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində (LSE) magistr təhsili alıb.
M. Abdullayev əmək fəaliyyətinə 2009-cu ildə İqtisadiyyat Nazirliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsində aparıcı məsləhətçi vəzifəsində başlayıb. Bu vəzifədə beynəlxalq maliyyə institutları tərəfindən Azərbaycanda maliyyələşdirilən bir sıra infrastruktur layihələrinin həyata keçirilməsində yaxından iştirak edib.
2012–2016-cı illərdə “Azərbaycan İnvestisiya Şirkəti” ASC-də Monitorinq və Sənaye Məhəllələri şöbələrində mütəxəssis və şöbə müdiri vəzifələrində çalışıb.
2016–2018-ci illərdə İqtisadiyyat Nazirliyinin Sənaye şöbəsinin müdiri, həmçinin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun vitse-prezidenti vəzifələrində fəaliyyət göstərib.
5 yanvar 2018-ci ildən “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin Müşahidə Şurasının qərarı ilə şirkətin icraçı direktorunun müavini vəzifəsinə təyin edilib.
2025-ci ildə Azərbaycan Biznesinin İnkişafı Fondunun PHŞ-də baş direktor vəzifəsində fəaliyyət göstərib.
2026-cı ildən isə "Azərbaycan Biznesinin İnkişafı Fondu" ASC-nin İdarə Heyəti sədrinin müavini kimi fəaliyyətini davam etdirir.