İnvestisiya

ŞƏRTLƏR

İnvestisiya şərtləri

Prioritetimiz Azərbaycanda yüksək təsirli sənaye sahələrini və layihələri maliyyələşdirərək iqtisadi və investor dəyərini artırmaqdır.

Maliyyələşdirmə Layihə kapitalının 30%-dək
Minimum məbləğ 500 000 ₼
IRR (daxili gəlirlilik dərəcəsi) Minimum 10%
İnvestisiya müddəti 5-7 il
PRİORİTET İSTİQAMƏTLƏR

Prioritet fəaliyyət istiqamətləri

Bərpa olunan enerji

Bərpa olunan enerji

Bərpa olunan enerji sahəsinə investisiyalar enerji mənbələrinin şaxələndirilməsinə, təmiz enerji istehsalının artırılmasına və davamlı enerji infrastrukturunun inkişafına xidmət edir.

Qida istehsalı və emalı

Qida istehsalı və emalı

Qida istehsalı və emalı sahəsinə investisiyalar kənd təsərrüfatı məhsullarının emal səviyyəsinin yüksəldilməsinə, müasir istehsal və saxlama infrastrukturunun inkişafına və ixracyönümlü məhsul istehsalının artırılmasına xidmət edir.

Əczaçılıq

Əczaçılıq

Əczaçılıq sahəsinə yönələn investisiyalar dərman vasitələrinin yerli istehsalının genişləndirilməsinə, təchizat imkanlarının gücləndirilməsinə və əhalinin keyfiyyətli dərman vasitələrinə çıxışının artırılmasına dəstək verir.

Dağ-mədən sənayesi

Dağ-mədən sənayesi

Dağ-mədən sənayesi sahəsinə investisiyalar faydalı qazıntıların hasilat və emal səviyyəsinin yüksəldilməsinə, müasir texnologiyaların tətbiqinə və mədən infrastrukturunun inkişafına xidmət edir.

Qablaşdırma

Qablaşdırma

Qablaşdırma sahəsinə investisiyalar müasir qablaşdırma istehsalının genişləndirilməsinə, məhsulların keyfiyyət və təhlükəsizlik standartlarına uyğunluğunun təmin edilməsinə və ekoloji cəhətdən davamlı qablaşdırma həllərinin tətbiqinə xidmət edir.

Maşınqayırma

Maşınqayırma

Maşınqayırma sahəsinə investisiyalar müasir istehsal avadanlıqlarının tətbiqinə, yerli sənaye məhsullarının istehsal gücünün artırılmasına və texnoloji infrastrukturun inkişafına xidmət edir.

Kimya sənayesi

Kimya sənayesi

Kimya sənayesi sahəsinə investisiyalar müasir kimya istehsalının genişləndirilməsinə, ekoloji təhlükəsizlik standartlarına uyğun texnologiyaların tətbiqinə və yerli xammalın emal səviyyəsinin yüksəldilməsinə xidmət edir.

Tikinti materialları

Tikinti materialları

Tikinti materialları sahəsinə investisiyalar yerli xammal əsasında müasir istehsalın genişləndirilməsinə, məhsulların keyfiyyət standartlarına uyğunluğunun təmin edilməsinə və tikinti sektorunun daxili tələbatının ödənilməsinə xidmət edir.

İstehlak malları

İstehlak malları

İstehlak malları sahəsinə investisiyalar yerli istehsalın genişləndirilməsinə, məhsulların keyfiyyət və rəqabət qabiliyyətinin artırılmasına və idxaldan asılılığın azaldılmasına xidmət edir.

Logistika

Logistika

Logistika sahəsinə investisiyalar nəqliyyat və təchizat zəncirinin səmərəliliyinin artırılmasına, müasir anbar və paylama infrastrukturunun inkişafına xidmət edir.

TƏLƏBLƏR

Tələb olunan məlumatlar

PORTFEL

İnvestisiya portfelimiz

Bütün layihələr
STRATEGİYAMIZ

Investisiya strategiyamız

Qeyri-neft sektorunun inkişafı

Qeyri-neft sektorunun inkişafının dəstəklənməsi

Özəl sektorun gücləndirilməsi

Özəl sektorun gücləndirilməsi və iqtisadiyyatın şaxələndirilməsinə töhfə verilməsi

Xarici investisiyalar

Birbaşa xarici investisiyaların (BXİ) cəlb edilməsinə yönəlmiş məqsədli investisiya siyasətinin həyata keçirilməsi

Biznes mühiti

Biznes mühitinin formalaşmasına və təkmilləşdirilməsinə töhfə verilməsi

Strateji layihələr

Strateji investisiya layihələrinin maliyyələşdirilməsinin dəstəklənməsi

Fəal iştirak

Özəl sektorun iqtisadi inkişaf proseslərində fəal iştirakının təmin edilməsi

İxrac yönümlü inkişaf

Yerli sənaye potensialının inkişafı yolu ilə ixrac yönümlü və idxalı əvəz edən investisiya layihələrinin inkişafının təşviq edilməsi

Məşğulluq

Məşğulluq imkanlarının artırılmasına töhfə verilməsi

LAYİHƏ TƏQDİMATI

Layihə təqdimatı

Maraqlı layihələrinizi bizimlə paylaşmağa tələsin!

Biznes planınıza layihəniz barədə əhatəli məlumatları, o cümlədən məqsədləri, bazar təhlilini və maliyyə proqnozlarını daxil etdiyinizə əmin olun.

Layihə təqdim et
FAYDALI SƏNƏDLƏR

Faydalı sənədlər

Chat background image
Chat banner image
Safaroff Lab Bear icon məhsuludur
Salam! 👋
Sizə necə kömək edə bilərəm?