ABİF Azərbaycanın qeyri-neft sektoruna kapital investisiyaları yatırmaqla rəqabətqabiliyyətli, xüsusilə ixracyönümlü və ya idxal əvəzləyici layihələrdə iştirak edir.
Prioritet sahələr:
Bərpa olunan enerji
Regional logistika
Qida istehsalı və emalı Əczaçılıq
Yüngül sənaye
Dağ-mədən sənayesi
Kimya sənayesi
Avtomobil sənayesi
Qablaşdırma
Tikinti materialları
ABİF layihələrdə minoritar səhmdar kimi iştirak edir. Minimum investisiya məbləği 500.000 AZN, maksimum isə idarə olunan aktivlərin 20%-i həddindədir. ABİF layihənin nizamnamə kapitalının 30%-dək hissəsinə investisiya edə bilər.
ABİF-in layihədə iştirak müddəti layihənin maliyyə göstəricilərindən asılı olaraq 5–10 il təşkil edir.
Layihənin ətraflı təhlili üçün aşağıdakılar tələb olunur:
Biznes plan
Maliyyə modeli
Bazar araşdırması
ABİF Azərbaycan iqtisadiyyatının inkişafını təşviq etdiyindən, əsasən Azərbaycan Respublikasının ərazisində həyata keçirilən layihələrə investisiya yatırır. Eyni zamanda, ərazidən kənar, lakin Azərbaycan iqtisadiyyatına birbaşa töhfə verən layihələr də nəzərdən keçirilə bilər.
Aşağıdakı güzəştli kredit məhsulları mövcuddur:
• yaşıl kredit;
• işğaldan azad edilmiş ərazilər üzrə kredit;
• əsas vəsait krediti;
• dövriyyə krediti;
• mikrokredit;
• strateji layihə krediti.
Əsas vəsait krediti sahibkarlıq subyektlərinin investisiya layihələri üzrə kapital xərclərinin maliyyələşdirilməsi üçün nəzərdə tutulur.
• Kredit məbləği: 50 000 manatdan yuxarı və 10 000 000 manatadək.
• Kredit müddəti: 10 ilədək.
• Güzəşt müddəti: təyin olunmuş kredit müddətinin maksimum yarısınadək.
• Kredit faizi: əsas əhəmiyyətli sahələrdə 7%-dək, digər sahələrdə 8%-dək.
Dövriyyə krediti sahibkarlıq fəaliyyətinin əməliyyat xərclərinin maliyyələşdirilməsi üçün istifadə olunur.
• Kredit məbləği: əsas əhəmiyyətli sahələrdə 50 000 manatdan yuxarı və 3 000 000 manatadək, digər sahələrdə 50 000 manatdan yuxarı və 1 000 000 manatadək.
• Kredit müddəti: 18 ayadək.
• Güzəşt müddəti: 6 ayadək.
• Kredit faizi: 8%-dək.
Yaşıl kredit ətraf mühitin mühafizəsinə, iqlim dəyişikliyinin qarşısının alınmasına və ya təsirlərinin azaldılmasına, təbii ehtiyatlardan səmərəli istifadəyə və dayanıqlı inkişafa xidmət edən yaşıl layihələrin kapital xərclərinin maliyyələşdirilməsi üçün nəzərdə tutulur.
• Kredit məbləği: 50 000 manatdan yuxarı və 10 000 000 manatadək.
• Kredit müddəti: 120 ayadək.
• Güzəşt müddəti: təyin olunmuş kredit müddətinin maksimum yarısınadək.
• Kredit faizi: 5%-dək.
Mikrokredit sahibkarlıq fəaliyyətinin kapital və əməliyyat xərclərinin maliyyələşdirilməsi üçün nəzərdə tutulur.
• Kredit məbləği: 15 000–50 000 manat.
• Kredit müddəti: 5 ilədək.
• Güzəşt müddəti: təyin olunmuş kredit müddətinin maksimum yarısınadək.
• Kredit faizi: əsas əhəmiyyətli sahələrdə 7%-dək, digər sahələrdə 8%-dək.
Strateji layihə krediti xarici investisiya cəlb edən, yeni texnologiya və biliklərin tətbiqini təmin edən, iqtisadi əhəmiyyətli və ya ixracyönümlü layihələr üçün nəzərdə tutulur.
• Kredit məbləği: 10 000 000 manatdan yuxarı və 30 000 000 manatadək.
• Kredit müddəti: 120 ayadək.
• Güzəşt müddəti: təyin olunmuş kredit müddətinin maksimum yarısınadək.
• Kredit faizi: 6%-dək.
Güzəştli kredit almaq üçün Fond ilə əməkdaşlıq edən müvəkkil kredit təşkilatlarına müraciət etmək lazımdır.
Sahibkarın müraciəti müvəkkil kredit təşkilatı tərəfindən Fonda (ABİF) daxil olduqda aşağıdakı sənədlər təqdim edilməlidir:
• müraciət forması;
• sahibkarlıq subyekti fiziki şəxsdirsə, şəxsiyyəti təsdiq edən sənədin və VÖEN-in surəti; hüquqi şəxsdirsə, dövlət qeydiyyatına dair çıxarışın, habelə təsisçisi (təsisçiləri) barədə müvafiq dövlət qeydiyyatı sənədlərinin və şəxsiyyəti təsdiq edən sənədlərin surəti;
• layihənin həyata keçiriləcəyi torpaq sahəsi və ya digər daşınmaz əmlak üzərində mülkiyyət, icarə, istifadə və ya digər hüququ təsdiq edən sənəd;
• müvəkkil kredit təşkilatının Fondun monitorinq qaydalarına əsasən apardığı ilkin monitorinqə dair məlumatlar (50 000 manat və daha artıq olan kreditlər üzrə);
• müvəkkil kredit təşkilatı tərəfindən aparılmış müştərinin eyniləşdirilməsi və verifikasiyası üzrə məlumatlar (KYC sənədi);
• Azərbaycan Kredit Bürosundan kredit tarixçəsi barədə çıxarış;
• sahibkarlıq subyektinin müvəkkil kredit təşkilatının aidiyyəti şəxsləri sırasına daxil olmadığına dair arayış.
Güzəştli kredit məhsulları üzrə müvəkkil kredit təşkilatının tətbiq etdiyi komissiya 1%-dən çox ola bilməz. Monitorinq xərcləri də bu məbləğə daxildir.
Xeyr, biznes plan tələb olunmur. Biznes planı müraciət forması əvəz edir. Müraciət formasında aşağıdakı məlumatlar əks olunmalıdır:
• sahibkarlıq subyekti barədə eyniləşdirmə və əlaqə məlumatları;
• sahibkarlıq subyektinin fəaliyyəti barədə məlumat;
• investisiya layihəsinin məqsədi, mahiyyəti və həyata keçirilməsi ilə bağlı məlumatlar;
• layihənin maliyyələşdirmə mənbələri, dəyəri və tələb olunan kredit vəsaiti barədə məlumatlar;
• kredit vəsaitinin istifadə istiqamətləri barədə məlumatlar;
• layihənin qiymətləndirilməsi üçün zəruri olan digər məlumatlar.
Əsas əhəmiyyətli sahələr aşağıdakılardır:
• qeyri-neft sənayesi və aqrar emal;
• yaşıl və resurs səmərəli layihələr;
• rəqəmsal inkişaf və yüksək əlavə dəyərli İKT;
• logistika və təchizat zənciri infrastrukturu;
• ixrac, texnologiya və məhsuldarlıq yönümlü kənd təsərrüfatı;
• su təhlükəsizliyi və iqlimə davamlı infrastruktur.
Digər sahələrə aşağıdakılar aiddir:
• digər kənd təsərrüfatı sahələri;
• balıqçılıq və akvakultura;
• yükdaşıma;
• ümumi anbar;
• turizm və yerləşdirmə;
• ictimai sərnişindaşıma;
• səhiyyə, təhsil və sosial xidmət;
• istehsal və kənd təsərrüfatını dəstəkləyən xidmətlər;
• müəyyən xidmət və digər sahələr.
Layihənin təhlili iki mərhələdən ibarətdir:
1. İlkin yoxlama
Fond müvəkkil kredit təşkilatı tərəfindən təqdim edilmiş layihə ilə bağlı sənədləri 5 iş günü ərzində yoxlayır. Sənədlərdə hər hansı çatışmazlıq aşkar edildikdə, bu barədə müvəkkil kredit təşkilatına məlumat verilir. Müvafiq düzəlişlər aparıldıqdan sonra layihə ilə bağlı sənədlər təkrar təqdim olunur və yenidən yoxlama həmin 5 iş günü müddətinə daxil olmaqla həyata keçirilir.
2. Təhlil prosesi
Layihə sənədlərinin tamlığı təsdiqləndikdən sonra layihə üzrə təhlil aparılır və müvafiq qərar 10 iş günü ərzində qəbul edilir.
Proses aşağıdakı kimidir:
1. Müvəkkil kredit təşkilatı sahibkarla kredit müqaviləsini və zəruri digər müqavilələri rəsmiləşdirir.
2. Müvəkkil kredit təşkilatı kredit vəsaitinin ayrılması üçün Fonda müraciət edir.
3. Fond müvəkkil kredit təşkilatının sifarişi əsasında vəsaiti 3 iş günü ərzində ayırır.
Fondun müsbət qərar verdiyi layihə 6 ay ərzində maliyyələşdirilməlidir. Sahibkar həmin layihə üzrə 6 aydan sonra kredit əldə etmək istəyirsə, Fondla əməkdaşlıq edən kredit təşkilatına yenidən müraciət edərək prosesi təkrar keçə bilər.
Bəli, mümkündür. Fond sahibkardan kredit üzrə heç bir təminat tələb etmir.
Uyğun kredit məhsulunu seçmək üçün aşağıdakı üç suala cavab tapmaq lazımdır.
1. Layihənin maliyyələşdirilməsi üçün nəzərdə tutulan xərclər və kredit tələbatı nədir?
Fond kapital və əməliyyat xərclərinin maliyyələşdirilməsini həyata keçirir:
• Kapital xərcləri üçün aşağıdakı kreditlərə müraciət oluna bilər:
o yaşıl kredit (50 000 manatdan yuxarı, 10 000 000 manatadək);
o işğaldan azad olunmuş ərazilərdə verilən kredit (10 000 manatdan yuxarı, 10 000 000 manatadək);
o əsas vəsait krediti (50 000 manatdan yuxarı, 10 000 000 manatadək);
o strateji layihə krediti (10 000 000 manatdan yuxarı, 30 000 000 manatadək).
• Əməliyyat xərcləri üçün dövriyyə kreditinə müraciət oluna bilər (sahədən asılı olaraq 50 000 manatdan yuxarı, 1 000 000 və ya 3 000 000 manatadək).
• Xərcin kapital və ya əməliyyat xərci olmasından asılı olmayaraq, kiçik həcmli kredit tələbatı (15 000–50 000 manat) üçün mikrokreditə müraciət edilə bilər.
2. Layihənin həyata keçiriləcəyi yer haradır?
Layihə işğaldan azad olunmuş ərazidə həyata keçirilirsə və kredit əsas vəsaitin əldə edilməsinə yönəldilirsə, işğaldan azad olunmuş ərazilər üzrə kreditə müraciət olunmalıdır.
3. Layihənin tərkibində yaşıl element varmı?
Layihədə yaşıl layihə elementi varsa və kredit əsas vəsaitin əldə edilməsinə yönəldilirsə, yaşıl kreditə müraciət olunmalıdır.
Bəli, bəzi hallarda mövcuddur. Kredit tələbatı 500 000 manatdan yuxarı olan layihələrdə (mikrokredit, dövriyyə krediti və strateji layihə krediti istisna olmaqla) sahibkarın layihədə iştirak payı layihə dəyərinin minimum 20%-i qədər olmalıdır.
Bəli, mümkündür. Kapital xərclərinin maliyyələşdirilməsi mümkün olan layihələrdə (strateji layihə krediti istisna olmaqla) kredit tələbatının 50%-i həcmində təmir və tikinti işləri üçün xərc çəkmək olar.
Nəzərinizə çatdırırıq ki, dövriyyə xərcləri üçün ayrılmış kreditlərdən təmir və tikinti üçün istifadə etmək mümkün deyil.
Biznes Plan aşağıdakıları əhatə etməlidir:
Layihə təşəbbüskarı haqqında qısa məlumat
Layihənin təsviri, məqsəd və hədəfləri
Planlaşdırılan fəaliyyətlər
İstehsalat avadanlıqları haqqında məlumat
İstehsal olunacaq məhsullar haqqında məlumat
Digər müvafiq məlumatlar
Maliyyə Modeli aşağıdakıları əhatə etməlidir:
Mənfəət və Zərər hesabatı (P&L)
Balans hesabatı
Pul vəsaitlərinin hərəkəti hesabatı
Niyyət məktubları, təklif məktubları və ya bazar araşdırmaları ilə əsaslandırılmış fərziyyələrin siyahısı
Layihənin planlaşdırılan maliyyələşmə strukturu
Bazar araşdırması aşağıdakıları əhatə etməlidir:
Müvafiq istehsal sahəsinə dair bazar haqqında ümumi məlumat
Daxili bazarda satış və/və ya ixrac imkanları
Qiymət və rəqabətlilik
Potensial müştərilər
Dünya bazarında vəziyyət (tələbat, istehsal və satış bazarları)