ABİF-in fəaliyyəti “Euronews” telekanalının “Business Horizons” verilişində işıqlandırılıb
“Euronews” beynəlxalq televiziya kanalında Azərbaycanın öz qeyri-enerji iqtisadiyyatını inkişaf etdirmək və bu məqsədlə xarici investisiyaları cəlb etmək istiqamətində səylərinə həsr olunmuş “Business Horizons” verilişinin növbəti buraxılışı təqdim olunmuşdur.
Bu buraxılışda Azərbaycan Biznesinin İnkişafı Fondunun (ABİF) İdarə heyətinin sədr müavini Yasin Cəlilov Fondun məqsədləri, fəaliyyəti və prioritetləri barədə məlumat vermişdir.
Həmçinin, Fondun sərmayədarlarından biri olduğu “Gen Pharma Dərman İstehsalı Zavodu”nun fəaliyyəti ilə bağlı süjet göstərilmişdir. Ümumilikdə 90 fərqli ad altında dərman istehsal edəcək zavodun rəsmi açılışı 2026-cı ilin sentyabrında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə baş tutmuşdur.