ABİF kreditləşmə fəaliyyətində yeni yanaşmaları tətbiq edir
Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) tərəfindən sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxışının genişləndirilməsi, investisiya layihələrinin daha çevik və məqsədyönlü maliyyələşdirilməsi məqsədilə kreditləşmə fəaliyyətində yeni yanaşmalar tətbiq olunur.
Yeni yanaşma çərçivəsində sahibkarların fəaliyyət istiqaməti, layihənin məqsədi və maliyyələşdirmə ehtiyacından asılı olaraq müxtəlif kredit məhsullarından istifadə imkanları təqdim edilir.
YAŞIL KREDİT
Yaşıl layihələrin kapital xərclərinin maliyyələşdirilməsi
Məbləğ: 50 min manatdan yuxarı 10 mln manatadək
Kredit müddəti: 120 ayadək
Güzəşt müddəti: kredit müddətinin yarısınadək
Tikinti və təmir xərcləri: kredit məbləğinin 50%-dək
Şəxsi kapital tələbi: 500 min manatdan yuxarı kreditlər üzrə layihə dəyərinin minimum 20%-i
Faiz dərəcəsi: 5%-dək (faiz bölgüsü: ABİF – 1%, MKT – 4%-dək)
İŞĞALDAN AZAD EDİLMİŞ ƏRAZİLƏR ÜZRƏ KREDİT
İnvestisiya layihələrinin kapital xərclərinin maliyyələşdirilməsi
Məbləğ: 10 min manatdan yuxarı 10 mln manatadək
Kredit müddəti: 120 ayadək
Güzəşt müddəti: kredit müddətinin yarısınadək
Tikinti və təmir xərcləri: kredit məbləğinin 50%-dək
Şəxsi kapital tələbi: 500 min manatdan yuxarı kreditlər üzrə layihə dəyərinin minimum 20%-i
Faiz dərəcəsi: 5%-dək (faiz bölgüsü: ABİF – 1%, MKT – 4%-dək)
ƏSAS VƏSAİT KREDİTİ
İnvestisiya layihələri üzrə kapital xərclərinin maliyyələşdirilməsi
Məbləğ: 50 min manatdan yuxarı 10 mln manatadək
Kredit müddəti: 120 ayadək
Güzəşt müddəti: kredit müddətinin yarısınadək
Tikinti və təmir xərcləri: kredit məbləğinin 50%-dək
Şəxsi kapital tələbi: 500 min manatdan yuxarı kreditlər üzrə layihə dəyərinin minimum 20%-i
Faiz dərəcəsi: əsas əhəmiyyətli sahələrdə 7%-dək (faiz bölgüsü: ABİF – 2%, MKT – 5%-dək), digər sahələrdə 8%-dək (faiz bölgüsü: ABİF – 3%, MKT – 5%-dək)
DÖVRİYYƏ KREDİTİ
İnvestisiya layihələri üzrə əməliyyat xərclərinin maliyyələşdirilməsi
Məbləğ: əsas əhəmiyyətli sahələrdə 50 min manatdan yuxarı 3 mln manatadək,
digər sahələrdə 50 min manatdan yuxarı 1 mln manatadək
Kredit müddəti: 18 ayadək
Güzəşt müddəti: 6 ayadək
Faiz dərəcəsi: 8%-dək (faiz bölgüsü: ABİF – 3%, MKT – 5%-dək)
MİKRO KREDİT
Kapital və əməliyyat xərclərinin maliyyələşdirilməsi
Məbləğ: 15 min manatdan yuxarı 50 min manatadək
Kredit müddəti: 60 ayadək
Güzəşt müddəti: kredit müddətinin yarısınadək
Tikinti və təmir xərcləri: kredit məbləğinin 50%-dək
Faiz dərəcəsi: əsas əhəmiyyətli sahələrdə 7%-dək (faiz bölgüsü: ABİF – 2%, MKT – 5%-dək), digər sahələrdə 8%-dək (faiz bölgüsü: ABİF – 3%, MKT – 5%-dək)
STRATEJİ LAYİHƏ KREDİTİ
İxrac, xarici investisiya və “nou-hau” komponentli iri layihələr
Məbləğ: 10 mln manatdan yuxarı 30 mln manatadək
Kredit müddəti: 120 ayadək
Güzəşt müddəti: kredit müddətinin yarısınadək
Faiz dərəcəsi: 6%-dək (faiz bölgüsü: ABİF – 2%, MKT – 4%-dək)
QEYD 1: Sahibkar ABİF krediti əldə edərkən maksimum 1 % həcmində komissiya haqqı ödəyə bilər.
Layihəniz üçün uyğun maliyyələşmə imkanını müəyyən edin (abdf.az)
Sahibkar üçün hansı kredit məhsulu uyğundur?
· Yaşıl layihə və kapital xərcləri → Yaşıl kredit
· İşğaldan azad edilmiş ərazilərdə kapital xərcləri → İşğaldan azad edilmiş ərazilər üzrə kredit
· Əsas vəsait və kapital xərcləri → Əsas vəsait krediti
· Əməliyyat xərcləri (xammal və material alışı) → Dövriyyə krediti
· Kapital və əməliyyat xərclərini qarşılamaq üçün kiçik həcmli ehtiyac (15–50 min manat) → Mikro kredit
· İri, ixrac yönümlü, xarici investisiya və ya nou-hau komponentli layihə → Strateji layihə krediti
Yeni məhsul yanaşmasında maliyyələşdirmə alətinin seçimi layihənin məqsədinə, fəaliyyət sahəsinə, maliyyə ehtiyacına və layihənin xüsusiyyətlərinə uyğun müəyyən edilir.
PRİORİTET İSTİQAMƏTLƏR
Güzəştli kredit, dövlət zəmanəti və faiz subsidiyası mexanizmləri üzrə müəyyən edilmiş prioritet istiqamətlər müəyyən edilmişdir.
Əsas əhəmiyyətli sahələr kimi müəyyən edilmişdir:
1. Qeyri-neft sənayesi
2. Yaşıl taksonomiya
3. Strateji kənd təsərrüfatı
4. Strateji logistika və təchizat zənciri infrastrukturu
Digər əhəmiyyətli sahələrə əsas əhəmiyyətli sahələrə daxil olmayan aşağıdakı sahələr daxildir.
1. Əsas siyahıya daxil edilməyən digər qeyri-neft sənayesi layihələri
2. Kənd təsərrüfatı, balıqçılıq və akvakultura
3. Rəqəmsal inkişaf və İKT layihələri
4. Yükdaşıma, saxlama və ictimai sərnişindaşıma
5. Turizm və yerləşdirmə infrastrukturu
6. Səhiyyə, təhsil və sosial xidmət infrastrukturu
7. İstehsal və kənd təsərrüfatını dəstəkləyən xidmətlər
8. Digər xidmət və kommersiya infrastrukturu