Aqrar-qida
2023
ACPD - Damazlıq Yumurta İstehsalı
- Layihənin ümumi dəyəri
- 40 milyon AZN
- ABİF-in payı
- 3,7 milyon AZN
- İllik istehsal gücü
- 22 milyon damazlıq yumurta
- Yaradılan iş yerləri
- 42
ACPD Yevlax Aqroparkında yerləşən və müasir texnologiyaların tətbiqi ilə yüksək keyfiyyətli yerli damazlıq yumurtaların istehsalına yönəlmiş müəssisədir. İstehsal proseslərinin qabaqcıl texnoloji həllər əsasında təşkili məhsulların keyfiyyətinin və istehsal səmərəliliyinin təmin edilməsinə xidmət edir. Layihə yerli quşçuluq təsərrüfatlarının damazlıq yumurtaya olan tələbatının qarşılanmasına, bu sahədə idxaldan asılılığın azaldılmasına və ölkənin ərzaq təhlükəsizliyinin gücləndirilməsinə töhfə verməyi hədəfləyir.