Bütün layihələr
İstehsal 2025

AzerFloat - Vərəqə Şüşə İstehsalı

AzerFloat - Vərəqə Şüşə İstehsalı
Layihənin ümumi dəyəri
33 milyon AZN
Gündəlik istehsal gücü
300 ton
Yaradılan iş yerləri
120

AzerFloat Sumqayıt Kimya Sənaye Parkında fəaliyyət göstərən və tikinti, memarlıq və sənaye sahələri üçün vərəqə şüşə istehsal edən müasir müəssisədir. Zavodda termoformasiya üsulu ilə qalınlığı 2–12 mm arasında dəyişən şəffaf və müxtəlif rəngli şüşə məhsulları hazırlanır. Müəssisənin istehsal etdiyi məhsulların təxminən 70%-i xarici bazarlara ixrac olunur. AzerFloat istehsal imkanlarını genişləndirmək məqsədilə kvars qumunun yerli emalını, eləcə də şüşələrin laminasiyası və temperlənməsi proseslərinin tətbiqini planlaşdırır. Bu istiqamətlər daha yüksək əlavə dəyərə malik şüşə məhsullarının yerli istehsalına şərait yaradacaq.

Chat background image
Chat banner image
Safaroff Lab Bear icon məhsuludur
Salam! 👋
Sizə necə kömək edə bilərəm?