Bütün layihələr
İstehsal 2024

Bafco - Mühafizəedici Ayaqqabı İstehsalı

Bafco - Mühafizəedici Ayaqqabı İstehsalı
Layihənin ümumi dəyəri
13 milyon AZN
ABİF-in payı
1,4 milyon AZN
İllik istehsal gücü
510 000 cüt
Yaradılan iş yerləri
68

Bafco Ağdam Sənaye Parkında fəaliyyət göstərən və müxtəlif təyinatlı işçi ayaqqabılarının istehsalı üzrə ixtisaslaşmış müasir sənaye müəssisəsidir. Zavod Almaniyanın qabaqcıl texnologiyaları və müasir istehsal avadanlıqları ilə təchiz edilib. Müəssisədə yarımboğaz və uzunboğaz botlar, poliuretan çəkmələr, eləcə də tikinti və digər sənaye sahələri üçün nəzərdə tutulmuş qoruyucu ayaqqabılar istehsal olunur. Məhsullar müasir əmək mühafizəsi standartlarına uyğun hazırlanaraq işçilərin müxtəlif istehsal şəraitində təhlükəsizliyinin təmin edilməsinə xidmət edir.

Chat background image
Chat banner image
Safaroff Lab Bear icon məhsuludur
Salam! 👋
Sizə necə kömək edə bilərəm?