Əczaçılıq
2023
Gen Pharma — Dərman İstehsalı
- Layihənin ümumi dəyəri
- 67 milyon ABŞ dolları
- ABİF-in payı
- 7,8 milyon ABŞ dolları
- Yaradılan iş yerləri
- 50
- İllik istehsal gücü
- 35 milyon qutu
Gen Pharma Türkiyənin “GEN İlaç ve Sağlık Ürünleri Sanayi ve Ticaret A.Ş.” şirkəti ilə tərəfdaşlıq çərçivəsində Pirallahı Sənaye Parkında yaradılan müasir əczaçılıq istehsalı layihəsidir. Müəssisədə Türkiyənin qabaqcıl texnologiyalarından istifadə etməklə 42 adda dərman vasitəsinin istehsalı nəzərdə tutulur. Müxtəlif dozaları və qablaşdırma formalarını əhatə edən məhsul portfelinə təxminən 100 fərqli məhsul çeşidi daxil olacaq. Layihə yerli dərman istehsalının inkişafına və əczaçılıq məhsullarına olan tələbatın yerli istehsal hesabına qarşılanmasına yönəlib.