Vençur Kapitalı
2025
INMerge Fondu (IVF)
- Fondun həcmi
- 4 milyon ABŞ dolları
- İnvestisiya məbləği (bir startap üçün)
- 25 000 – 200 000 ABŞ dolları
- İllik hədəf
- İldə 10–12 startap
- ABİF tərəfindən yatırılmış vəsait
- 500.000 ABŞ dollar
- Tərəfdaşlar
- İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Pasha Innovation, DSM Grup Danışmanlık İletişim ve Satış Ticaret (Türkiyə)
INMerge Fondu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Azərbaycan İnvestisiya Şirkəti, PAŞA Innovation və Türkiyənin DSM Grup şirkətinin birgə iştirakı ilə yaradılmış 4 milyon ABŞ dolları həcmində erkən mərhələ vençur fondudur. Fondun təsis edilməsi barədə razılaşma Bakıda keçirilən INMerge İnnovasiya Sammiti çərçivəsində imzalanıb. Fond Cənubi Qafqaz, Mərkəzi Asiya, Şərqi Avropa, Yaxın Şərq və Şimali Afrika regionlarında fəaliyyət göstərən perspektivli startaplara investisiya yatırır. İnvestisiya istiqamətləri SaaS, FinTech, süni intellekt, DeepTech, AgriTech və EdTech kimi yüksək inkişaf potensialına malik texnologiya sahələrini əhatə edir.