Aqrar-qida
2024
Promalt — Pivəlik Arpa Emalı
- Layihənin ümumi dəyəri
- 34 milyon AZN
- ABİF-in payı
- 5,9 milyon AZN
- İllik istehsal gücü
- 11 000 ton
- Yaradılan iş yerləri
- 44
Promalt İmişli şəhərində yerləşən və pivəlik arpanın emalı üzrə ixtisaslaşmış müasir istehsal müəssisəsidir. Zavod İsveçrənin “Bühler GmbH” şirkətinin qabaqcıl avadanlıqları ilə təchiz olunub və istehsal prosesləri müasir sənaye tələblərinə uyğun şəkildə təşkil edilib. Müəssisədə “Azərşəkər” MMC tərəfindən yetişdirilən yerli pivəlik arpa emal olunaraq pivə sənayesi üçün yüksək keyfiyyətli səməni istehsal edilir. Layihə yerli xammaldan istifadənin genişləndirilməsinə, idxaldan asılılığın azaldılmasına və ölkədə aqrar-sənaye istehsal zəncirinin inkişafına töhfə verir.