İstehsal
2025
Quality Pack Caspian (Hell Energy)
- Layihənin ümumi dəyəri
- 223 milyon ABŞ dolları
- ABİF-in payı
- 12,8 milyon ABŞ dolları
- İllik istehsal gücü
- 700 milyon alüminium qutu
- Yaradılan iş yerləri
- 280
Quality Pack Caspian Macarıstanın HELL Group şirkəti ilə tərəfdaşlıq çərçivəsində Ələt Azad İqtisadi Zonasında yaradılan müasir istehsal layihəsidir. Müəssisə qabaqcıl Avropa texnologiyaları əsasında alüminium içki qutularının istehsalı və müxtəlif içkilərin həmin qutulara doldurulması üzrə fəaliyyət göstərəcək. Layihənin ilkin mərhələsində zavodun illik doldurma gücü 415 milyon qutu təşkil edəcək. Müəssisənin fəaliyyəti yerli və regional içki istehsalçılarının qablaşdırma ehtiyaclarının qarşılanmasına, müasir istehsal imkanlarının formalaşdırılmasına və Azərbaycanın ixrac potensialının genişləndirilməsinə töhfə verəcək.