Bütün xəbərlər
23.11.2026

ABİF və İtaliyanın dövlət maliyyə təşkilatı - “Cassa Depositi e Prestiti” arasında Əməkdaşlıq Sazişi imzalanıb

ABİF və İtaliyanın dövlət maliyyə təşkilatı - “Cassa Depositi e Prestiti” arasında Əməkdaşlıq Sazişi imzalanıb ABİF və İtaliyanın dövlət maliyyə təşkilatı - “Cassa Depositi e Prestiti” arasında Əməkdaşlıq Sazişi imzalanıb

Bakıda keçirilən Azərbaycan-İtaliya Biznes Forumu çərçivəsində İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) və İtaliyanın dövlətə məxsus maliyyə təşkilatı - Depozitlər və Kreditlər Kassası (Cassa Depositi e Prestiti - CDP) arasında Əməkdaşlıq Sazişi imzalanıb.

Sazişə əsasən tərəflər qeyri-neft-qaz sektorunda qarşılıqlı maraq doğuran layihələr üzrə birgə investisiya imkanlarını araşdıracaq, bu layihələrin həyata keçirilməsi üçün birgə maliyyələşdirmə mexanizmlərinin formalaşdırılmasına dəstək verəcəklər. Əməkdaşlıq çərçivəsində biznes dairələrinin hər iki qurumun maliyyə və məsləhət xidmətlərindən yararlanması imkanı yaradılacaq. Məqsəd ikitərəfli biznes əlaqələrini genişləndirmək və İtaliya şirkətlərinin Azərbaycandakı investisiya layihələrində iştirakını təşviq etməkdir.

Hər iki ölkənin özəl sektoru, xüsusilə kiçik və orta sahibkarlıq (KOB) subyektləri arasında əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur. Bu məqsədlə onlayn və ənənəvi formatda seminarların, işgüzar görüşlərin təşkili, eləcə də investisiya mühiti, qanunvericilik və qabaqcıl təcrübələr barədə məlumat mübadiləsi həyata keçiriləcək.

Forumda çıxış edən ABİF-in İdarə Heyətinin sədri Ülvi Mansurov Azərbaycan və İtaliya arasında sıx iqtisadi əlaqələrin investisiya əməkdaşlığının genişləndirilməsi üçün əlverişli imkanlar yaratdığını vurğulayıb. Birgə müəssisələrin yaradılması, yeni istehsal sahələrinin qurulması, qabaqcıl texnologiyaların və “nou-hau”ların tətbiqini nəzərdə tutan innovativ layihələrin həyata keçirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyi qeyd ediilib.

Forumda enerji, infrastruktur, logistika, tikinti, süni intellekt və qabaqcıl istehsal sahələri üzrə əməkdaşlıq imkanları müzakirə olunub.

Digər xəbərlər

Chat background image
Chat banner image
Safaroff Lab Bear icon məhsuludur
Salam! 👋
Sizə necə kömək edə bilərəm?