Bütün xəbərlər
17.07.2026

İqtisadiyyat Nazirliyində “Limak Group”un fəxri prezidenti ilə görüş keçirilib

İqtisadiyyat Nazirliyində “Limak Group”un fəxri prezidenti ilə görüş keçirilib İqtisadiyyat Nazirliyində “Limak Group”un fəxri prezidenti ilə görüş keçirilib İqtisadiyyat Nazirliyində “Limak Group”un fəxri prezidenti ilə görüş keçirilib

İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyənin aparıcı infrastruktur və tikinti şirkətlərindən olan “Limak Group”un fəxri prezidenti Nihat Özdemirlə görüşüb.

Görüşdə Azərbaycanın əlverişli işgüzar və investisiya mühiti, Ələt Azad İqtisadi Zonası və işğaldan azad olunmuş ərazilərdə geniş əməkaşlıq imkanları, ölkəmizdə həyata keçirilən strateji layihələr, eləcə də özəl sektorun inkişafı üçün tətbiq olunan dəstək mexanizmləri barədə məlumat verilib.

Tərəflər infrastrukturun inkişafı, investisiya layihələrinin həyata keçirilməsi, dövlət-özəl tərəfdaşlığı sahəsində əməkdaşlıq və müvafiq sahələrdə təcrübə mübadiləsinin genişləndirilməsi perpsektivlərini nəzərdən keçiriblər. Görüşdə qarşılıqlı maraq doğuran istiqamətlər üzrə əməkdaşlığın inkişafı məsələləri barədə fikir mübadiləsi aparılıb.

Digər xəbərlər

Chat background image
Chat banner image
Safaroff Lab Bear icon məhsuludur
Salam! 👋
Sizə necə kömək edə bilərəm?