Bütün layihələr
Qabaqcıl Materiallar 2025

AzerBazalt

AzerBazalt
Layihənin ümumi dəyəri
20,1 milyon ABŞ dolları
ABİF-in payı
3,7 milyon ABŞ dolları
Gündəlik istehsal gücü 1 000 ton
1 000 ton
Yaradılan iş yerləri
100+

AzerBazalt Göygöl rayonunda yerləşən Çaykənd yatağından bazalt süxurunun hasilatı və onun Gəncə şəhərində yaradılan müasir istehsal müəssisəsində emalı üzrə həyata keçirilən sənaye layihəsidir. Layihənin ilkin mərhələsində bazalt süxurunun üyüdülməsi yolu ilə bazalt tozu və mineral gübrələrin istehsalı nəzərdə tutulur. Növbəti mərhələdə isə bazalt lifi, armatur və tor kimi yüngül, davamlı və yüksək möhkəmliyə malik kompozit materialların istehsalı planlaşdırılır. Bu məhsullar tikinti, energetika və nəqliyyat sahələrində geniş tətbiq imkanlarına malik olacaq. Layihə yerli mineral ehtiyatlardan səmərəli istifadəyə, yüksək texnoloji istehsalın inkişafına və Azərbaycanın qeyri-neft sektorunda rəqabətqabiliyyətli məhsulların yaradılmasına töhfə verəcək.

Chat background image
Chat banner image
Safaroff Lab Bear icon məhsuludur
Salam! 👋
Sizə necə kömək edə bilərəm?