BYD - Elektrik Avtobus İstehsalı
- Yaradılacaq iş yerləri
- 50+
Elektrik avtobuslarının istehsalı layihəsi “Electrify Azerbaijan” MMC və Çinin BYD şirkəti ilə əməkdaşlıq çərçivəsində Sumqayıt Kimya Sənaye Parkında həyata keçirilir. Müəssisədə müasir texnologiyalar əsasında BYD markalı elektrik avtobuslarının yığılması və mərhələli şəkildə yerli istehsalının genişləndirilməsi nəzərdə tutulur. İlkin mərhələdə istehsal olunan avtobuslar Azərbaycanın daxili bazarının tələbatının qarşılanmasına yönəldiləcək. Sonrakı mərhələdə isə məhsulların Gürcüstan, Türkiyə və Rusiya bazarlarına ixracı planlaşdırılır. Layihə ekoloji cəhətdən təmiz ictimai nəqliyyatın inkişafına, avtomobil sənayesində yeni istehsal imkanlarının yaradılmasına və qabaqcıl texnologiyaların ölkəyə gətirilməsinə töhfə verir.