Tikinti Materialları
2022
Şahbulaq Mining
- Layihənin ümumi dəyəri
- 5,17 milyon AZN
- ABİF-in payı
- 1,5 milyon AZN
- İllik istehsal gücü
- 1 milyon tikinti daşı · 38 000 ton sement
- Yaradılan iş yerləri
- 153
Şahbulaq Mining Ağdam rayonunda yerləşən Şahbulaq əhəngdaşı yatağının istismarı, təbii xammalın hasilatı və emalı ilə məşğul olan sənaye müəssisəsidir. Layihə çərçivəsində mişar daşı istehsal edilir, eyni zamanda Xocalıda fəaliyyət göstərən sement zavodu vasitəsilə tikinti sektoru üçün sement məhsulları hazırlanır. Müəssisənin istehsal etdiyi tikinti materialları Qarabağda həyata keçirilən genişmiqyaslı yenidənqurma və bərpa işlərinin təchizatına yönəlib. Layihə regionun yerli istehsal imkanlarının genişləndirilməsinə və tikinti materiallarına olan tələbatın qarşılanmasına töhfə verir.