Bütün layihələr
Energetika 2025

Şəfəq Cəbrayıl Günəş Elektrik Stansiyası

Şəfəq Cəbrayıl Günəş Elektrik Stansiyası

“Şəfəq” Cəbrayıl Günəş Elektrik Stansiyası Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən ilk sənaye miqyaslı günəş enerjisi layihəsidir. SOCAR, bp və Azərbaycan Biznesinin İnkişafı Fondunun birgə iştirakı ilə reallaşdırılan layihə regiona cəlb olunan ən böyük xarici investisiya təşəbbüslərindən biridir. 240 MVt gücündə olacaq stansiya Cəbrayıl rayonunun elektrik şəbəkəsinə təmiz enerji ötürəcək. Layihə, eyni zamanda, Səngəçal terminalının enerji tələbatının bərpa olunan mənbələr hesabına qarşılanmasına, karbon emissiyalarının azaldılmasına və Azərbaycanın yaşıl enerji potensialının inkişafına töhfə verəcək.

Chat background image
Chat banner image
Safaroff Lab Bear icon məhsuludur
Salam! 👋
Sizə necə kömək edə bilərəm?