Bütün layihələr
Energetika 2024

Yaşıl Qarabağ Energetikası — Kiçik SES

Yaşıl Qarabağ Energetikası — Kiçik SES
Layihənin ümumi dəyəri
27,5 milyon ABŞ dolları
ABİF-in payı
3,3 milyon ABŞ dolları
Ümumi quraşdırılmış güc
13 MVt
Yaradılan iş yerləri
60

“Yaşıl Qarabağ Energetikası” Türkiyənin “Demirören Yatırım Holding” şirkəti ilə dövlət–özəl tərəfdaşlığı modeli əsasında həyata keçirilən bərpa olunan enerji layihəsidir. Layihə çərçivəsində Kəlbəcər və Laçın rayonlarında yerləşən çaylar üzərində dörd kiçik su elektrik stansiyasının bərpası və yenidən istismara verilməsi nəzərdə tutulur. Layihənin ilk mərhələsi olan “Malıbəy” Kiçik Su Elektrik Stansiyası regionun hidroenerji potensialından səmərəli istifadə etməklə təmiz elektrik enerjisi istehsal edəcək. Stansiyanın illik istehsal gücü təxminən 7 000 evin elektrik enerjisi ilə təmin olunmasına imkan yaradacaq. Layihə Qarabağ və Şərqi Zəngəzurda yaşıl enerji infrastrukturunun inkişafına töhfə verəcək.

Chat background image
Chat banner image
Safaroff Lab Bear icon məhsuludur
Salam! 👋
Sizə necə kömək edə bilərəm?